Baş xəbərDünya

Təyyarədə unudulan pişik 24 saat ərzində 3 təyyarə səfəri etdi

Yeni Zelandiyadan Avstraliyaya köçən ailə tərəfindən təyyarənin yük anbarına gətirilən “Mittens” adlı pişik orada unudulub və iki ölkə arasında 24 saat ərzində 3 uçuşdan sonra sahiblərinə qovuşdu. Yeni Zelandiyanın Kraystçörç şəhərindən Avstraliyanın Melburn şəhərinə köçən ailə 8 yaşlı pişiyi ilə birlikdə təyyarəyə minib.

Mittens adlı pişiyin sahibi Marqo Neas verdiyi açıqlamada Avstraliyaya çatanda 3 saat gözlədiklərini, lakin yük bölməsindəki pişiyin çatdırılmadığını bildirib.

Pişiyin vəziyyətini soruşduqda Neas, Mittensin yük anbarındakı əşyalara görə diqqətdən kənarda qaldığını və təyyarənin Yeni Zelandiyaya qayıtdığını öyrənib.

Bunun üzərinə təyyarədəki səlahiyyətlilər səhvən “tez-tez uçanlardan biri” olan pişiyi Melburna reysə aparıb ailəsinə çatdırmaq üçün hərəkətə keçib.

Belə ki, 24 saat ərzində Yeni Zelandiya ilə Avstraliya arasında üç dəfə uçan Mittens sahiblərinə çatdırılıb.

Air New Zealand aviaşirkətinin sözçüsü Alisha Armstronq baş vermiş hadisəyə görə Mittensin sahiblərindən üzr istəyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu