23 C
Baku
11 Sentyabr 2026, 22:07
təzə paltar qoxusu, ikinci əl mağaza, insan psixologiyası, alış-veriş, qoxunun təsiri, istehlakçı davranışı, psixoloji araşdırma, təkamül
Sosial

Təzə paltar qoxusu insanları ikinci əl mağazasında daha çox xərcləməyə vadar edir

Bugun.tv xəbər verir ki, ikinci əl geyim mağazasında yayılan təmiz və təzə paltar qoxusu insanların daha çox pul xərcləməsinə səbəb ola bilər. Niderlandın Radboud Universitetinin psixoloqları Matteo Perini və Jasper de Groot apardıqları araşdırmada qoxunun alıcı davranışına təsirini öyrəniblər.

Tədqiqat zamanı ikinci əl geyim mağazasında müxtəlif günlərdə fərqli qoxulardan istifadə edilib. Bir gün mağazada sitrus qoxusu, digər gün təzə yuyulmuş paltar qoxusu yayılıb, üçüncü gün isə heç bir qoxudan istifadə edilməyib. Nəticədə yalnız təzə paltar qoxusunun insanların mağazada daha çox pul xərcləməsi ilə əlaqəli olduğu müəyyənləşdirilib.

təzə paltar qoxusu, ikinci əl mağaza, insan psixologiyası, alış-veriş, qoxunun təsiri, istehlakçı davranışı, psixoloji araşdırma, təkamül

Alimlər bu təsiri insanın təkamül nəticəsində formalaşmış infeksiyadan qorunma mexanizmi ilə əlaqələndirirlər. İnsan şüuraltı olaraq kiflənmiş qida, xoşagəlməz qoxu və digər mümkün infeksiya mənbələrindən uzaq durmağa meyllidir. Təmiz paltar qoxusu isə ikinci əl geyimlərin gigiyenik olmadığı barədə təsəvvürü azalda bilər.

Araşdırma zamanı təzə paltar qoxusunu hiss edən iştirakçılar ikinci əl geyimləri daha dəyərli və daha az çirkli hesab ediblər. Bu təsirin yoluxma qorxusu yüksək olan insanlarda daha güclü olduğu da müəyyənləşdirilib.

Tədqiqatın müəlliflərindən Matteo Perini bildirib ki, patogenlərdən qorunmaq üçün formalaşan mexanizmlər yalnız qida seçiminə deyil, ikinci əl geyim almaq kimi gündəlik qərarlara da təsir göstərə bilər. Jasper de Groot isə real mağaza şəraitində qoxunun insan davranışına bu qədər güclü təsir göstərə bilməsinin xüsusilə diqqətçəkən olduğunu vurğulayıb.

Araşdırmanın nəticələri Evolution and Human Behavior jurnalında dərc olunub.

təzə paltar qoxusu, ikinci əl mağaza, insan psixologiyası, alış-veriş, qoxunun təsiri, istehlakçı davranışı, psixoloji araşdırma, təkamül

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu