Digər

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.

Bugun.tv xəbər verir ki,  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Pərvin Əkbərov müşavir təyin olunub.

O, təyinatınadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində reabilitasiya və fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universitetinin osteopatik klinik reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. Hazırda Qazi Universitetində reabilitasiya və fizioterapiya üzrə doktorantura təhsili alır.

İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan P.Əkbərov Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-2022-ci illər ərzində Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də Gəncə Beynəlxalq Xəstəxanasında şöbə müdiri kimi fəaliyyət göstərib.

P.Əkbərov Türkiyə, Rusiya, Amerika, İsveçrə, Kanada, Almaniya, İtaliya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

“A.I.M.S” idman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvü olan P.Əkbərov bir çox elmi məqalələrin də müəllifidir.

Oxşar xəbərlər

Ekspert: İran niyə uranın zənginləşdirilməsini azaltmağa hazırdır, amma ehtiyatları ölkədən çıxarmaq istəmir?

Aynur Camal

Dünyanın Ən Zəhərli Göbələyi Daha Təhkükəli Oldu

Aynur Camal

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu