24 C
Baku
20 Sentyabr 2026, 11:35
Sosial

Tərtərdə şəhid Mehdi Məmmədovun mövludu keçirildi

Bugun.tv xəbər verir ki, Tərtərdə şəhid Mehdi Məmmədovun mövludu keçirilib. Tədbir rayonun Sarıcalı kəndində baş tutub. Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Üzərinə gül çələngləri qoyulub, ruhuna dualar oxuyublar .
Natiqlər çıxış edərək şəhidin ömür yolundan danışıblar.
Şagirdlər vətənpərvər ruhda şerlər səsləndiriblər.
Qeyd edək ki, Mehdi Məmmədov 1995- ci ildə Tərtər rayon Sarıcalı kəndində doğulub. 2013-cü ildə Naxçıvanda hərbi xidmətdə olub. 2020-ci ildə haqq savaşımız başlayandan döyüşlərdə iştirak edib. Oktyabrln 3-də Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 13 oktyabrda doğulduğu Sarıcalı kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Müxbir: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Çay və qəhvəni çox isti içməklə bağlı yeni araşdırma aparılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu