Baş xəbər

Təxliyə olunanların yerləşdirilməsi davam edir

Bugun.tv xəbər verir ki, qardaş Türkiyədə baş verən zəlzələ buna hazırlıqsız olan sakinləri çətin vəziyyətdə qoyub. 10 şəhərdə qeydə alınan, 7.7 bal gücündə olan seysmoloji hadisə nəticəsində 4 minə yaxın bina dağılıb, xeyli sayda ölən və yaralananlar var. Bu saatlaradək sakinlərin hər an uçmaq təhlükəsi olan binalardan təxliyyəsi davam edir.

İctimaiyyətə açıqlama verən Türkiyə prezidentinin köməkçisi Fuat Oktay bildirib ki, vətəndaşların çox hissəsi Turizm Nazirliyinin xətti ilə otellərdə yerləşdirilib. Bundan başqa orta məktəblərin, universitetlərin və tələbə yataqxanalarının binalarından da müvəqqəti olaraq, təxliyə məqsədi ilə istifadə olunur.

Qeyd edək ki, mövcud vəziyyətlə bağlı Türkiyədə məktəblərin fəaliyyəti fevralın 13-dək dayandırılıb.

Bugün TV

Oxşar xəbərlər

İsrailin Suriyada İŞİD-i yenidən fəallaşdırdığı iddia olunur — Məhəmməd Əsədullazadədən diqqətçəkən şərh

Aynur Camal

İlham Əliyev və TDT liderləri Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak etdilər

Aynur Camal

İlham Əliyev və TDT liderləri Türküstandakı tarixi-mədəni abidələrlə tanış olublar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu