11 C
Baku
14 Aprel 2026, 18:59
Digər

Təxminən 300 min Hyundai avtomobili geri çağırılır: səbəb məlum oldu

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai təhlükəsizlik riski səbəbindən genişmiqyaslı geri çağırma qərarı qəbul edib.

Məlumata görə, şirkət təhlükəsizlik kəmərinin bərkidilmə nöqtələrində aşkar edilən istehsal qüsuru səbəbindən ümumilikdə 294 min 128 avtomobili geri çağıracaq.

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yayımlanan rəsmi açıqlamada qeyd olunub ki, bu qüsur qəza zamanı təhlükəsizlik kəmərinin bağlantı hissəsinin qopmasına və ya yerindən çıxmasına səbəb ola bilər.

Geri çağırma kampaniyası Hyundai Ioniq 6, Genesis G90, Hyundai Santa Fe və Hyundai Santa Fe Hybrid modellərini əhatə edir.

Şirkət artıq bu avtomobillərin yoxlanılması və təmiri üçün rəsmi servis şəbəkəsini hərəkətə gətirib. Texniki baxış zamanı təhlükəsizlik kəmərinin bərkidilmə hissələri yoxlanılacaq və zərurət yarandıqda dəyişdiriləcək.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Gəmi hərəkətinin azadlığı ilə bağlı beynəlxalq konfrans Parisdə gözlənilir

Aynur Camal

Qəzzalı gənc qız kaykayla müharibənin uşaqlarına ümid verir

Aynur Camal

Psixoloqlar “yox” deməyi öyrənməyin sadə yollarını açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu