Image default
Dünya

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Bugun.tv xəbər verir ki, ABŞ-da yaşayan təqaüdçü elektrik mühəndisi Bruce Campbell 20 ildən artıqdır ki, meşənin ortasında yerləşən Boeing 727 sərnişin təyyarəsində yaşayır.

ABŞ-ın Oregon ştatında yaşayan 74 yaşlı Campbell 1999-cu ildə istismardan çıxarılmış Boeing 727 təyyarəsini təxminən 100 min dollara satın alıb. Təyyarə əvvəlcə hava yolu ilə gətirilib, daha sonra qanad və quyruq hissələri sökülərək meşəlik ərazidə yerləşdirilib.

Təxminən 99 kvadratmetrlik sahəyə malik təyyarə zamanla yaşayış evinə çevrilib. Burada yataq yeri, soyuducu, paltaryuyan maşın, duş və digər zəruri məişət avadanlıqları quraşdırılıb. Campbell hətta başqa bir təyyarədən götürdüyü servis arabasını mətbəxdə ərzaq saxlamaq üçün istifadə edir.

Onun sözlərinə görə, məqsədi təyyarəni lüks villaya çevirmək deyil, istifadədən çıxmış hava gəmilərinin yeni məqsədlərlə dəyərləndirilə biləcəyini göstərməkdir.

Qeyri-adi yaşayış məkanı illər ərzində turistlərin də marağına səbəb olub. Campbell ziyarətçilərə təyyarəni gəzdirməklə yanaşı, yay aylarında burada müxtəlif tədbirlər və kiçik konsertlər də təşkil edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ İrana hücumların genişləndirilməsi ilə bağlı resurs çatışmazlığı yaşayır

Aynur Camal

Niyə bəzi insanlar solaxay doğulur? – Alimlər səbəbləri açıqlayır

Aynur Camal

Əraqçi: Türkiyə İranın parçalanmasının qarşısının alınmasında mühüm rol oynadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu