Bugun.tv xəbər verir ki, taekvondo üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində uğur qazanan Saatlı sakini Ağaş Yolçuzadə rayon rəhbərliyi tərəfindən qəbul edilib.

İdmançının uğuru qeyd edilib
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bu gün Ağaş Zamiq oğlu Yolçuzadə ilə görüşüb. Görüşdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, aidiyyəti qurumların nümayəndələri və yeniyetmə idmançının məşqçi-müəllimi iştirak ediblər.
Elmir Bağırov gənc taekvondoçunu ölkə birinciliyində qazandığı nəticəyə görə təbrik edib, gələcək yarışlarda ona uğurlar arzulayıb. Rayon rəhbəri Azərbaycanda idmanın inkişafına, yeniyetmə və gənclərin idmanla məşğul olmasına göstərilən dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb.

Elçin Qiyasov da idmançını və onun məşqçi-müəllimini təbrik edərək əldə olunan nəticə münasibətilə xoş arzularını çatdırıb.

İdmançıya hədiyyələr təqdim olunub
Görüşün sonunda Ağaş Yolçuzadəyə Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi adından fəxri fərman və hədiyyələr verilib.


