25 C
Baku
27 İyul 2024, 4:51
Baş xəbərHadisə

Tailandda avtobusun ağaca çırpılması nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralandı

Bugun.tv xəbər verir ki, yerli polisin verdiyi açıqlamada, paytaxt Banqkokdan cənubdakı Sonqxla şəhərinə gedən avtobusun ağaca çırpıldığı bildirilib. Açıqlamada avtobusda ümumilikdə 49 nəfərin olduğu, ilkin məlumata görə, qəza nəticəsində 14 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilib.

TRT Haber-in məlumatına görə, açıqlamada sürücünün sükan arxasında yatmış ola biləcəyinin qiymətləndirildiyi və qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdirildiyi bildirilib. Tayland Yol Qəzaları Məlumat Mərkəzinin məlumatına görə, 2022-ci ildə ölkə daxilində təxminən 15 min insan yol qəzalarında həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatı, 2021-ci ildə Tailandda yol qəzalarının ümumi ölümlərin təxminən üçdə birini təşkil etdiyini açıqladı.

İntizar Əmirova

Oxşar xəbərlər

Həftəlik icmal – VİDEO

Aynur Camal

3 qeyri-qanuni mühacir tutuldu

İntizar Əmirova

Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu