16 C
Baku
27 Oktyabr 2025, 12:29
Baş xəbərSosial

“Tamaşaçı efirin zövqünü müəyyən etməməlidir”

“Efirlərimiz irəli getmək əvəzinə, hər gün geri gedir. Verilişlər o qədər bayağılaşıb ki, artıq ailə ilə birlikdə 45 dəqiqə efir qarşısında oturmaq belə mümkün deyil. Etiraz edəndə isə cavab verirlərlər ki, tamaşaçı bizdən bunu tələb edir!” – deyə siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında paylaşım edib.

Televiziya verilişləri haqqında danışan ekspert həmçinin vurğulayıb ki, bu cür bəhanələrlə məsuliyyətsizliyi ört-basdır etmək, sadəcə peşə etikasının üstündən xətt çəkməkdir. Tamaşaçı efirin zövqünü müəyyən etməməlidir, əksinə efir tamaşaçının zövqünü formalaşdırmalıdır.

Təsəvvür edin, evinizdəki uşaq hər gün sizdən fast food və kola istəyir və siz də bu istəyə uyğunlaşırsınız. O uşaq dolmanın, küftənin, qutabın, dovğanın dadını bilmir. Mədəsi yalnız fast food və kolaya öyrəşir. Bir müddət sonra ona sağlam qida verdikdə, bədəni əks reaksiya verir. Bu halda günahkar kimdir? Sadəcə fast food istəyən uşaqmı, yoxsa bu tələbi düşüncəsiz şəkildə yerinə yetirən valideyn?

Bizim millətin həm zəngin bir keçmişi, həm də bu gün fəxrlə danışdığımız bir zəfər tarixi var. Bu tarixə əsaslanaraq, sənədli filmlər, cizgi filmləri, intellektual verilişlər və keyfiyyətli kontent hazırlamaq lazımdır. Yoxsa, məsuliyyəti tamaşaçının boynuna atıb, keyfiyyətsiz verilişlərlə efiri doldurmaq, sadəcə məsuliyyətsizlikdir.

P.S: Bu fikirlər konkret tv və proqramla bağlı deyil, ümumilikdə efirlərdə olan keyfiyyətsiz kontentlə bağlıdır.

Politoloq, siyasi ekspert Aqil Məmmədov 

Aynur Camal

Oxşar xəbərlər

Dövlət muzeyindən 113 milyon avro dəyərində qiymətli əşyalar oğurlandı

Aynur Camal

Sərnişinlərə SEVİNDİRİCİ XƏBƏR: Bundan sonra… – VİDEO

Aynur Camal

ABŞ-da təcili yardım təyyarəsi qəzaya uğrayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu