Baş xəbərSiyasət

“XANKƏNDİ- ikinci siyasi paytaxt!!!”

“33 illik separatizm bəlasından qurtularaq ana Vətənə qovuşan Xankəndi təkcə simvolik deyil, həm də praktik siyasi və diplomatik platforma kimi yeni status qazandı. İƏT-in Xankəndidə keçirilən sammitindən sonra tam əminliklə demək olar ki, bu şəhər artıq Azərbaycanın ikinci siyasi paytaxtıdır”.

Bugun.tv-xəbər verir ki, bununla bağlı məlumatı politoloq, siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında verib.

Politoloq vurğulayıb ki, ikinci siyasi paytaxt anlayışı konstitusiyada rəsmiləşdirilməsə də, bir çox ölkədə geniş şəkildə istifadə olunur. Adətən belə şəhərlər ciddi siyasi diskussiyaların, beynəlxalq konfrans və forumların keçirildiyi mərkəzlərə çevrilir. Bu şəhərlərin adı ilə mühüm siyasi və iqtisadi qərarlar bağlanır. Məsələn, Sankt-Peterburq (Rusiya), İstanbul (Türkiyə), Almatı (Qazaxıstan), Nyu-York (ABŞ) bu tip şəhərlər sırasındadır.

İƏT-in Xankəndidə baş tutan sammiti ilə şəhər artıq Azərbaycanın ikinci siyasi paytaxtı kimi siyasi gündəliyə daxil oldu. Bu başlanğıc nöqtəsindən sonra İƏT-lə başlanan diplomatik görüşlərə yaxın gələcəkdə digər beynəlxalq sammitlərin də əlavə ediləcəyini gözləmək olar. Xankəndidə yaradılan konqres mərkəzi və digər infrastrukturun miqyasına nəzər yetirdikdə aydın görünür ki, Azərbaycan hökuməti bu şəhərdə yaxın illərdə daha böyük siyasi və iqtisadi zirvələrin keçirilməsini hədəfləyir.

Xankəndinin ikinci siyasi paytaxt statusu həm də xarici auditoriyalara mühüm mesajdır. Qarabağın münaqişə məkanı yox, əməkdaşlıq və dialoq platformasına çevrildiyini göstərir.

Politoloq, siyasi ekspert Aqil Məmmədov

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

“Əbədi Birlik – 5 il: Birlikdən gələcəyə” adlı yubiley tədbiri keçiriləcək

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu