25 C
Baku
20 İyul 2025, 0:24
Mədəniyyət

Tanınmış aparıcı fəlsəfə doktoru oldu

Bugun.tv xəbər verir ki, uzun illərin aparıcısı, “Xəzərin sahilində” verilişinin layihə rəhbəri Fəxriyyə Lilpar Sənətşünaslıq üzrə “Fəlsəfə doktoru” olub.
Bu barədə o özünün facebook səhifəsində paylaşım edib. “Bu diplom, uzun illər televiziya sahəsində praktik fəaliyyətimin elmi müstəvidə təhlilinin nəticəsidir. Bu məsuliyyət və işin çətinliyi mənə gələcək fəaliyyətimdə daha diqqətli olmağa sövq edəcək”.

Fəxriyyə Lilpar sosial şəbəkə üzərindən müəllimlərinə, bu yolda öz mənəvi dəstəklərini əsirgəməyən insanlara və Ali Attestasiya Komissiyasının sədrinə təşəkkürünü bildirib.

Bugun.tv olaraq elmi dərəcə alan həmkarımızı ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyədə Azərbaycan repertuarlı konsert proqramı keçiriləcək

Bugün TV

Türkiyəli rejissor “Yarat”da görüş keçirib.

Şükufə Ramizqızı

Deputat Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu