28 C
Baku
9 İyun 2025, 18:06
Baş xəbərHadisə

Tanınmış aparıcı vəfat etdi

Bugun.tv xəbər verir ki, MasterChef Australiyada münsif kimi tanınan 46 yaşlı teleaparıcı və aşpaz Cok Zonfrillo vəfat edib.

Kanalın və verilişin əməkdaşları açıqlama veriblər. “MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonu qəfil itirmək bizi dərindən sarsıtdı və kədərləndi. Cok avstraliyalılar tərəfindən bestseller müəllif, aşpaz, xeyriyyəçi və MasterChef-in münsiflər heyətinin sədri kimi tanınsa da, sevən ata, ər, qardaş və oğul kimi xatırlanacaq”.

Qeyd edək ki, Cok Zonfrillo bir çox restoran və kafelərə rəhbərlik edib. Məşhur aşpazın xidmət sənayesində bir çox mükafatı var. O, 2018-ci ildə Avstraliyanın ən isti aşbazı seçilib.

Cok Zonfrillo ötən gecə Avstraliyanın Melburn şəhərində 46 yaşında vəfat edib. Jock Zonfrillonun ölüm səbəbi hələlik məlum deyil.

Mənbə: Cumhuriyyet

Kəmalə Sultan

Oxşar xəbərlər

Fələstin prezidenti Abbas: Fələstinliləri zorla köçürmək planlarını rədd edirəm

Aynur Camal

“Rəqəmsal Media” və “Sosial Media” anlayışı nədir? -EKSPERTDƏN AÇIQLAMA

Nigar Məmmədova

Təkəri partlayan avtomobil qəzaya səbəb oldu: 9 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu