Mədəniyyət

Tanınmış fotoqraf fəxri ada layiq görüldü

Azərbaycan cəmiyyətində foto sənəti ilə geniş tanınan, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Azərbaycan Fotoqrafları Birliyi (AFB)-nin üzvü Valeh Arifoğlu Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinə Fəxri üzv seçilib.

Mərkəzin İdarə Heyətinin qərarına əsasən, Valeh Arifoğlunun cəmiyyətdəki nüfuzu, foto sənətinə verdiyi töhfələr və sosial mövzularda göstərdiyi həssas yanaşma onun bu ada layiq görülməsində əsas amillər olmuşdur.

Bugun.tv – xəbər verir ki, İdarə Heyətinin sədri Fuad Rəsul məsələ ilə bağlı bildirib:

“Valeh Arifoğlu foto sənətində özünəməxsus dəst-xətti, sosial mesajlarla zəngin fotoları və cəmiyyətlə quran emosional əlaqəsi ilə tanınır. Onun fotoları tez-tez sosial mediada və ictimai müzakirələrdə ön plana çıxır. İnanırıq ki, Valeh bəyin fəxri üzv kimi dəstəyilə Mərkəzimizin maarifləndirmə və sosial layihələrində daha da güclü nəticələr əldə edəcəyik.”

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi Valeh Arifoğlunun bu yeni statusunun, həm foto sənətinə, həm də donorluq mədəniyyətinin inkişafına töhfə verəcəyinə əmindir.

Aynur Camal

Oxşar xəbərlər

1965-ci ildə yazılmış və indiyədək yayımlanmayan David Bowie mahnıları işıq üzü görəcək

Aynur Camal

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu