10 C
Baku
30 Aprel 2026, 10:15
Baş xəbərDünya

Tanınmış jurnalist dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, tanınmış idman jurnalisti, şərhçi Vasili Utkin dünyasını dəyişib.

“Vasya Utkin öldü. Ürəyində problem olub”. Bu fikirləri tanınmış şahmatçı Karpov yazıb.

Daha sonra şərhçinin Telegram kanalında Utkinin ölümü ilə bağlı mesaj dərc olunub.

Ölüm faktını jurnalistin yaxınları da təsdiqləyib. “Bəli, Vasili getdi”, – deyiblər. 2022-ci ildə Utkinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd olunub ki, jurnalist ürək xəstəliyindən əziyyətt çəkib. O müalicəsi ilə bağlı Moskva kardio mərkəzinə müraciət edibmiş.

Xatırladaq ki, Vasili Utkin 1989-cu ildən jurnalist kimi fəaliyyət göstərir. O, karyerasına NTV kanalında başlayıb. Jurnalist həftəlik “Futbol Klubu” proqramı verilişi ilə məşhurlaşıb. 1999-cu ildə proqram bağlanıb. 2015-ci ilə qədər NTV-Plus-un idman kanallarının baş redaktoru olub. 2004 və 2005-ci illərdə Utkin ən yaxşı idman şərhçisi kimi TEFI mükafatını alıb.

Mənbə: Lenta.ru

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu