27 C
Baku
27 İyul 2024, 7:49
Baş xəbər

Tanınmış jurnalistin təşkilatı qeydiyyata alındı 

“İpək Yolu!!!

“Mən bu yola bələdəm,

Çox gəzmişəm, bələdəm.

Namərdlə işimiz olmaz,

Deməyin nabələdəm!”

Məni sevən, tutduğum yola inanan dostlarım! Sizə gözəl bir xəbərim var. Türk dünyasının bu Möhtəşəm 100 ilində mənim də çoxdan mücadiləsinə qalxdığım “İpək Yolu” Mədəni və tarixi Araşdırmalar İctimai Birliyim Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındı.

Bu yola çoxdan çıxmışam. Görə bildiyim işlər, türk dünyasının birliyi, üstünü toz basmış sirrlərinin üstünün açılması üçün 1 faiz belə iş görə bilmişəmsə, nə mutlu mənə.

Birliyin əsas məqsədi Türk dövlətlərinin, türkdilli xalqların ədəbiyyatını, tarixini, mədəni irsini öyrənmək və təbliğ etmək, habelə türkdilli və digər ölkələrdə yaşayan elm adamları arasında əlaqələr yaratmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Dövlətin dindən ayrı olduğunu, dinin insanlar üçün mənəvi dəyər olmasını vətəndaşlara öyrətmək;

Tolerantlığı vətəndaşlar arasında təbliğ etmək;

Türk dövlətlərində baş verən ictimai, siyasi və qobal hadisələrə aid tədbirlər təşkil etmək;

Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi ölkələrin tanınmış beynəlxalq təşkilatları ilə birgə əməkdaşlığa nail olmaqdır.

Elm və təhsil yolunda beynəlxalq müsabiqələr və konfranslar təşkil etmək.

Mən inanıram ki, Türk dövlətlərinin beynəlxalq təşkilatları da , Azərbaycan Dövləti də, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bizə dəstək olacaq.

Bir də bu yolda ömrünü, həyatını “bəs” demədən xərcləyən qurd ürəkli dostlara güvənirəm.”

Mənbə: News365.az

İntizar Əmirova

Oxşar xəbərlər

Zəncirvari yol qəzası oldu: 3 ölü var

Bugün TV

“Elçilik” filminin qala gecəsi keçiriləcək

Aynur Camal

Azərbaycanın xarici işlər naziri Qırğızıstanda rəsmi səfərdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu