Aygül Qaradağlı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, düzgün danışıq və nitq üzrə mütəxəssis.
Aygül Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktorlar Aydın Qaradağlı və Gültəkin Cabbarlının ailəsində doğulub. Uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor vəzifəsində çalışıb. Hal hazırda isə o Bülbül adına musiq məktəbində fortepiano ixtisası üzrə müəllim kimi fəaliyyətini davam etdirib. Ailəlidir. Bir övladı var.
- Xoş gördük, Aygül xanım! Hər kəs sizi, uzun illərin aparıcısı, tanınmış diktor kimi tanıyır. Bildiyimiz kimi siz, Azərbaycanını görkəmli diktorlarının ailəsində dünyaya göz açmısız. Bu peşəyə maraq və həvəsinizdə valideynlərinizin rolu, olub, yoxsa öz sevginizdən aparıcılığı seçmisiz?
- Uşaq ikən məni məktəbə atam aparardı. Yol uzun olduğundan o həm özü şeir, yanıtmac oxuyar, həm də mənə oxutdurardı. Aparıcılıqla ilk tanışlığım da elə həmin illərdən, ikinci sinifdə oxuduğum vaxtlardan başladı. Atam mənə bu sənətə məhəbbəti aşılayırdı. Bir az böyümüşdüm və otağımda tək olanda səsimi maqnitofona yazıb, dinləyirdim. Bir gün atam məni sakitcə kənardan dinləyib və mənə yaxınlaşıb maqnitofonu işə salmağımı istədi. O mənim səsimi dinləmək niyyətində idi. Mən onu işə salıb otaqdan tez çıxdım. Sonra atam dedi ki: – xoşuma gəldi, çox gözəl səsləndirmisən. Və elə o vaxtdan da bu peşəyə marağım artdı.
- Ancaq, siz, sonralar jurnalistikanı deyil, konservatoriyanı seçdiniz ?
- Diktor olmaq məqsədim yox idi. Uşaqlıqda anam məni pianoçu kimi görmək istəyirdi. Konservatoriyanı bitirəndən sonra Azərbaycan Dövlət Televiziya və Radiosunun Xalq çalğı alətləri orkestrində pianoçu vəzifəsində çalışmağa başladım. Orda işlədiyim müddətdə diktorluq peşəsində də özümü sınamaq istədim. Bununçün aparıcı Rafiq Hüseynova yaxınlaşıb istəyimi ona bildirdim. Sonra orda müsabiqədən keçdim və aparıcı kimi fəaliyyətə başladım. Sonralar isə Lider televiziyasında Nitq mədəniyyəti üzrə şöbənin müdiri oldum. Orada aparıcıları və jurnalistləri düzgün danışıq, tələffüz, diksiya üzrə hazırlaşdırıb sonra efirə çıxarırdıq. O zaman efir məsuliyyəti bir başqa idi.
- Aygül xanım, bir peşəkar kimi bugünki aparıcların diksiyası siz qane edirmi?
- Maraqlı mövzuya toxunduz. Bəli, bu gün əksər televiziyalarda çalışan aparıcı və jurnalistlərin diksiyasında ciddi problemlər var. Tələffüzlərində hansı sözdə vurğudan istifadə qaydalarını bilmirlər. Necə yazırlarsa elə də oxuyurlar. Bilirsiz, indiki zəmanədə tamaşaçını, dinləyicini aldatmaq olmur. Çünki internetin, texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşayırıq və izləyicilər, dinləyicilər bütün sahələrdə olduğu kimi bu sahədən də kifayət qədər məlumatlıdırlar. Efirə deyilən hər səhv söz istər jurnalistin, istərsə də aparıcının nüfuzdan düşməsi ilə nəticələnə bilər. Dialekt və ləhcədə danışmaq isə ümumiyyətlə, yolverilməzdir. Bu onların gülüş hədəfinə çevrilməsinə birbaşa imkan yaradır. Davam edən bu hal sonda televiziyanını reytinqinin aşağı düşməsi ilə nəticələnə bilər.
- Aparıcı və jurnalistikaya yeni başlayanlara bu istiqamətdə nə tövsiyə edərdiz?
- Onlar ilk növbədə düzgün yazılış və oxunuş qaydalarını öyrənməlidirlər. Məntiqi vurğuları yerində deməyi bacarmalıdırlar ki, tamaşaçını cəlb etsinlər. İntonasiya düzgün olmalıdır. Peşəkar diksiya təlimlərinə qatıla bilməyənlərr, ən azı çalışdıqları televiziyada təcrübəli aparıcılardan, redaktorlardan öyrənə bilərlər. Aparıcı və jurnalist olmaq istəyən hər kəs sadaladıqlarım qaydalarla yanaşı dil texnikası ilə məşğul olmalı, bununla yanaşı söz ehtiyatlarını artırmalıdırlar. Çox mütaliyə etməli və öz üzərilərində çalışmalıdırlar. Unutmasınlar ki, onlar televiziyanın güzgüsüdülər və onlar düzgün danışmaqla pedaqoq rolunu oynayırlar.
- Aygül xanım, ümumiyyətl, dilçilikdə, sizi qane edən və etməyən tərəflər hansılardır ?
- Hər bir azərbaycanlı ana dilimizi yaxşı bilməlidir. Dilimizin inkişafında və qorunmasında bilavasitə televiziya və radionun rolu çox böyükdür. Buna görə də televiziya və radio efirindən ana dilimiz düzgün və qüsursuz səslənməlidir. Mən hazırda Media Tədris Mərkəzində tələbələr nitq mədəniyyətindən dərs deyirəm. Çünki bu televiziya jurnalistikasını seçən hər kəsə lazımdı. Unutmayaq ki, sözlər yazıldığı kimi oxunmamalıdır. Düzgün tələffüz, orfoepiya qaydalarına riayət edilməlidir.
- Dilimizə çoxsaylı xaricdən alınma sözlər daxil olub, bunların yaratdığı problemlər hansılardır ?
- Bu gün efirdə “sorry” “ok “ “falan “sözlədi işlədilir. Mən dilimizdə olmayan bu sözlərin işlədilməsinin əleyhinəyəm. Öz dilimizə başqa dillərdən çox yenilik gətirib tamam yad ifadələr işlədirlər. İstərdim ki, əlaqədar qurumlar bu məsələyə həssas yanaşsınlar.
- Uşaqların türk cizgi filmlərinin təsiri nəticəsində dillərinin dəyişməsinə münasibətiniz.
- Uşaqlar xarici dildə olan, dublyaj edilməyən cizgi filmlərinə baxarkən danışıqlarını dəyişirlər.Yaxşı olardı ki valideyinlər övladlarını Azərbaycan dilində tərcümə edilmiş cizgi filmlərinə baxmağa yönləndirsinlər.
-
- Hansısa verilişə yenidən aparıcı kimi qayıtmaq istərdizmi?
- Əgər hansısa uşaq verlişinə aparıcılıqla bağlı mənə müraciət olunarsa istərdim. Uşaqlarla işləmək mənə xüsusi zövq verir.
- Aygül xanım, yəqin elə bu sevginizdən dolayı bu yaxınlarda uşaqlara aid bir kitabınızın təqdimatı oldu. Bu nəşrin necə ərsəyə gəlməsindən danışardız.
- Bəli, bu Azərbaycan dilinə çevirdiyim macar yazıçısı Klara R.Hitsin “Peter musiqi alətləri diyarında” kitabıdı. Nağıl üslubunda yazılmış bu əsər musiqi ilə dost olmaq, onu yaxından tanımaq, duymaq istəyənlər üçün son dərəcə əhəmiyyətlidir. Mən bunu balacalara həsr etdim. Kitabda onlar təkcə musiqi alətləri ilə tanış olmayacaqalar. Onlara musiqi qanunları haqqında ətraflı məlumatlar verilir. Melodiya, harmoniya və simfoniyanın nə olduğu izah edilir. Bu nağılın yaşının çox olmasına baxmayaraq, onun süjeti, personajları heç vaxt qocalmır. Əsərin tacı olan Musiqi isə təbii ki, ölməzdir. Əsərin qəhrəmanı balaca Peter musiqi dünyasına aid yeniliklərlə tanış olarkən oxucunu da bilavasitə musiqi sirrlərinin açılmasına yönəldir. Elə mənim də bu kitabı tərcümə etməkdə məqsədim Peterin musiqi aləminə səyahəti zamanı başına gələn maraqlı sərgüzəştlərini, onun musiqini dərk etməkdə əzmkarlığını və öyrənmək şövqünü sizə – əziz balaca oxucularım, ana dilimizdə çatdırmaqdır. Çünki ən böyük arzum bu kitab vasitəsi ilə sizdə musiqiyə olan həvəsi və məhəbbəti yaratmaqdır.
-
-
- Dəyərli Aygül xanım sizə fəaliyyərinizə uğurlar arulayırıq! Müsahibə üçün şox sag olun!
- Sonuncu sualınızla məni uşaqlıq illərimə qaytardığınız üçün mən sizə təşəkkür edirəm! Çox sag olun!
-