10 C
Baku
13 Aprel 2026, 3:41
Baş xəbərSosial

Tanınmış Türkiyəli tarixçi İlbər Ortaylı Azərbaycana gəlir

“Tarixin, mədəniyyətin və elm dünyasının böyük simalarından biri – professor, tanınmış tarixçi və yazıçı İlber Ortaylı ilə Naxçıvan Dövlət Universitetində görüş keçiriləcək”.

Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Məmmədov öz Facebook səhifəsində paylaşıb.

O qeyd edib ki, görüş zamanı iştirakçılar professorun tarix və elm dünyasına dair mühazirələri, müəllifi olduğu kitabların təqdimatı, intellektual dünyagörüşünə dair dərin düşüncələri, müasir dünyanın çağırışlarını özünəməxsus şəkildə izahı birbaşa müəllifin özündən eşitmək imkanı əldə edəcəklər.

“Əminəm ki, 22 sentyabr tarixində Universitetin tələbə və müəllim heyəti ilə yanaşı, bütövlükdə Naxçıvan ictimaiyyətinin də iştirak edə biləcəyi görüş yaddaqalan və unudulmaz olacaq!” deyə rektor bildirib.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu