Baş xəbərKriminal

Tapança aşkar edilərək götürüldü

Bugun.tv xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tapança aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılıaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu