14 C
Baku
22 Noyabr 2024, 4:03
Baş xəbərMədəniyyət

Tarixi memarlıq abidəsinə qanunsuz müdaxilə olundu

Rəsul Rza küçəsi

Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 11 ünvanında yerləşən 3306 inventar nömrəli yerli əhəmiyyətli tarixi memarlıq abidəsinə müdaxilə olunub.

Bugun.tv-yə bu barədə Mədəniyyət Nazirliyindən xəbər verilib.

Bildirilib ki, tarixi abidə olan yaşayış binasında qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.

Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən alınıb.

Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya İranı İsrail-Fələstin böhranının həllində “rol almağa” çağırır

Bugün TV

Dilan Polat “intihar edəcəm, Engin”! Həbsxana rəhbərliyi Dilan Polat üçün nə etdi…

Aynur Camal

“ASAN xidmət” ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı videoçarx hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu