25 C
Baku
27 İyul 2024, 4:40
Baş xəbərSiyasət

“Tarixi əhəmiyyətli hadisələrə şahidlik edirik”

Bugun.tv xəbər verir ki, oktyabrn 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasın iştirakçılarına məktub ünvanlayaraq nüfuzlu tədbirlərin Şuşada keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.

Mövzu ilə bağlı versus.az-a açıqlama verən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib ki, belə bir tədbirin Şuşada keçirilməsi həqiqətən də olduqca əlamətdar hadisədir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyün üstünlüklərinə diqqət çəkən K.İsmayılova qeyd edib ki, ölkə başçısının da vurğuladığ kimi, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir:

“Tarixi torpaqlarımızın işğaldan azad edilməsi yalnız məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdışı demək deyil. Həm də bu ərazilərimizdə dövlətimizin iqtisadi gücünün artırılmasına yönəli proseslərin başlaması deməkdir. Hər bir ölkənin birinci növbədə iqtisadiyatı güclü olmalıdır ki, ordudan tutumuş bütün strateji sahələrədək hamısını gücləndirsin, dünya güclərinin qarşısına çıxa biləcək nüfuza çatdırsın. Bu baxımdan Azərbaycan bütün əməkdaşlıqlara açıq ölkədir. Şuşanın 2026-cı il üçün İqtisadi Əməmkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə əlamətdar günlərimizin üzərinə daha bir əlamətdar gün gəlmiş oldu”.

Bu gün hər bir azərbaycanlının tarixi əlamətdar hadisələrə şahidlik etdiyini vurğulayan Könül xanım bildirdi ki, bu qürurlu anlar gələcək nəslə ötürülməlidir. Onun sözlərinə görə, belə bir tarixi hadisələr vaxt itirilmədən dərsliklərə salınmalı, sənədli filmlərdə yer almalıdır:

“Uşaqdan tutumuş qocaya kimi hər bir insanımız bu tarixdə yer aldı. Hətta mən deyərdim ki, dünyaya yeni göz açan körpələrimiz də bu tarixi hadisələrin şahidləridir. Biz Qarabağ problemimizi o körpələrə saxlamadığımızla öyünürük. Bu gün şəhidlərimizin ziyarətinə başı dik, qüurulu gedirik. Ali BaşKomandan başda olmaqla Azərbaycan ordusunun bizlərə yaşatdığı bu qürurla da istənilən ölkə ilə mən deyərdim ki, istənilən sahədə əməkdaşlığa gedirik. Cənab prezidentimizin İqtisadi Əməkdaşlıq Təşkilatının iştirakçılarına ünvanladığı məktubda qısa zaman ərzində keçdiyimiz bu tarixi yol aydınlıqla diqqətə çatdırılıb. Və bütün çıxışlarda olduğu kimi, qeyd edilib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub”.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Milli mahnımız “Sirun jan” adı altında müxtəlif musiqi platformalarında yerləşdirildi

Aynur Camal

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutuldu

Bugün TV

Növbəti əfv fərmanının yazda imzalanacağı gözlənilir

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu