35 C
Baku
20 İyul 2025, 11:24
Baş xəbərMədəniyyət

Tarixi əsər olan 3 İncil ələ keçirilib

Bugun.tv xəbər verir ki, Kırıkkaledə jandarma qrupları tərəfindən tarixi əsər sayılan 3 İncil ələ keçirilib.
TRT Haber-in məlumatına görə, İl Jandarma Komandirliyi Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi qrupları, tarixi əsər qaçaqmalçılığı ilə mübarizə işləri çərçivəsində şəhərdə bir şəxsdə tarixi əsər sayılan İncil olduğu barədə məlumat alıb. Təxminən 6 aylıq texniki və fiziki izləmə nəticəsində həyata keçirilən əməliyyat zamanı qruplar Y.K.-nın olduğu avtomobildə 1000 il yaşı olduğu hesab edilən 3 İncil kitabı ələ keçirib. Saxlanılan şübhəli barəsində jandarma əməliyyatı davam etdirilir. Tarixi əsər olan və jandarma qrupları tərəfindən qorunan kitabların Ankara Anadolu Mədəniyyətləri Muzeyi Müdirliyinə təhvil veriləcəyi öyrənilib.

İntizar Əmirova

Oxşar xəbərlər

Dramaturq Cəfər Cabbarlının anadan olmasından 124 il keçir

Kəmalə Sultan

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri -FOTOLAR

Aynur Camal

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu