Hadisə

Tarixi Fontenblo meşəsində yanğın: Sakinlər təxliyə olunur

Bugun.tv xəbər verir ki, Fransada davam edən isti hava dalğası fonunda Parisdən təxminən 70 kilometr məsafədə yerləşən tarixi Fontenblo meşəsində genişmiqyaslı yanğın başlayıb. Alovun sürətlə yayılması səbəbindən ətraf yaşayış məntəqələrinin bir hissəsində təxliyə işlərinə başlanılıb.

Fransanın regional yanğınsöndürmə xidməti bildirib ki, yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, helikopterlər və ölkənin cənub bölgələrindən cəlb olunmuş xüsusi suatan təyyarələr qoşulub. Güclü külək və yüksək temperatur alovun yayılmasını sürətləndirdiyi üçün əməliyyat çətin şəraitdə davam edir.

Yanğın nəqliyyata da təsir göstərib. Parisi ölkənin cənub-şərqi ilə birləşdirən A6 avtomobil magistralının bir hissəsi bağlanıb, Lion vağzalından hərəkət edən bəzi qatarların qrafikində gecikmələr qeydə alınıb.

Hazırda Fransa bu yay mövsümünün üçüncü güclü isti hava dalğasını yaşayır. Ölkənin mərkəzi və qərb bölgələrində havanın temperaturu 40 dərəcəni keçib, Parisdə isə 37 dərəcəyə yaxın olub. Rəsmilər yüksək temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirərək sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

II Dünya müharibəsindən qalma 100 kiloqramlıq bomba tapıldı: 5 600 ev boşaldıldı

Aynur Camal

12 vilayət üçün fırtına xəbərdarlığı elan edildi

Aynur Camal

ABŞ-da meşə yanğını nəzarətdən çıxdı: 42 min nəfərə təxliyə xəbərdarlığı edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu