Əlyazmalar qədim dövrlərdən bizə miras qalan ən dəyərli mənbə hesab olunur. Ölkənin, millətin istər tarixi-mədəni, istərsə də siyasi həyatını araşdırmaq üçün ilk olaraq əlyazmalara müraciət olunur. Ona görə də qədim kağızların tətbiq edilməsi və qorunması olduqca vacibdir.
Bu mənada Əlyazmalar İnstitunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. İnstitutda qorunub saxlanılan və xüsusi əhəmiyyət kəsb edən qədim əlyazmalardan biri də Tarixi-nadir kitabıdır.
El arasında məşhur zərbi-məsəllərdən biri olan bu söz çox zaman zarafat məqəsədilə deyilir. Əslində isə Məşədi İbad bunu heç də zarafatla deməmişdi. Həqiqətən də, Tarixi-Nadiri kitabını yarıya qədər oxumaq böyük qəhrəmanlıqdır. Çünki kitab çox qəliz dildə yazılıb.
Bugun.tv-nin araşdırmasına görə, “Tarixi Nadir” 1736-1747-ci illərdə hakimiyyətdə olan Nadir Şah haqqındadır. Tam adı “Kitabi tarixi cahənkaşan məşhur və Tarixi Nadir” olan əsərin müəllifi şahın şəxsi tarixçisi Mirzə Mehdi xan Astrabadidir. Onun bir neçə nüsxəsi mövcuddur. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 1827-ci ilə aid nüsxəsi bu günə qədər də qorunub saxlanılır. İnstitutun icraçı direktoru Paşa Kərimov bildirib ki, kitabda qeyd olunan tarix və hadisələr dəqiq faktlardır. “Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın dəftərxanasının katibi olub. O, eyni zamanda bir sıra digər vəzifələri də yerinə yetirib. Müxtəlif tapşırıqları icra etmək üçün müxtəlif hökmdarların sarayına getmiş və Nadir şahın məktublarını tapşırıqlarını onlara çatdırıbdı. Bundan başqa o demək olar ki, Xarici İşlər naziri və dövlət katibi vəzifəsini də icra edibdi”.
“Tarixi Nadir”də çoxlu şeir parçaları var ki, bunun da Mehdi Mirzə xana aid olduğu ehtimal edilir. Kitabın bəzi nüsxələrində miniatür rəsmlərə də rast gəlinir.
Paşa Kərimovun sözlərinə görə kitab iki dəfə redaktə olunub.
Birinci redaktədə Nadir şahın doğumundan 1638-ci ildən 1747-ci ilə kimi, yəni ölümünə qədər hadisələr cərəyan edir. Bundan başqa Nadir şahın hətta qohumları, onun ölümündən sonra hakimiyyətə sahib olmuş Əli və İbrahimin də ölümünə qədərki və sonrakı hadisələr öz əksini tapıb. İkinci redaktə də isə əsər daha da genişlənir və Qacarlara qədər gedir çıxır. “Bizim institutumuzda saxlanan daha əvvəlki nüsxənin 1827-ci ilin 20 may tarixində köçürülüməsi tamamlanıb. Kitab haqqında dolaşan rəvayətlərdən biri də onun çox nazik, bir vərəqdən ibarət olması ilə bağlı gəzən fikirlərdir. Bəlkə də kiminsə əlinə nə zamansa bunun nazik bir hissəsi düşüb. O da elə bilib ki, elə bu qədərdir. Nadir şahın tarixini bir səhifəyə necə yerləşdirmək olar? Bu mümkün deyil. Yanlış fikirlərdir”.
Hazırda kitabın tərcümə işləri tam başa çatıb və çapa hazır vəziyyətdədir “Tarixi-Nadir”i və digər qədim əlyazmaların qorunub saxlanılması tariximizin, mədəniyyətimizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından olduqca vacibdir.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri