29.1 C
Baku
12 Avqust 2026, 21:59
Dünya

Tarkan Avropa turnesinə çıxır, ilk konserti Almaniyada

Məşhur müğənni Tarkan Avropa turnesi çərçivəsində mayın 30-da Almaniyanın Münhen şəhərində, iyunun 1-də isə İsveçrənin Sürix şəhərində konsert verəcək.

Keçən il “Quantum 51” albomunu çıxaran sənətçi Şahmeran Entertainment və Hitt Productions-ın təşkil etdiyi qastrol səfərində musiqisevərlərlə görüşür.

Tarkan Avropa turnesinə ötən ay Hollandiyada başlayıb. Sənətçi daha sonra Almaniya, İngiltərə, Avstriya və İsveçrədə konsertlər verib, səhnə çıxışlarının müşayiəti ilə yeni albomundan mahnılar ifa edib.

Sənətçini səhnədə elektro gitarada Can Şengün, bas gitarada Alp Ersönmez, nağarada Volkan Öktem, akustik gitarada Ayhan Günyıl və Ateş Berker Öngören, klaviaturada Serhat Ersöz və Matthew Erdem, arxa fonda Faruk Emre Özcan Kürklüks müşayiət edib.Turun ümumi səhnə dizaynı və istehsal prosesi Can Besbellinin rəhbərliyi altındadır. Konsertlərin açılışında tamaşaçılarla görüşən xüsusi intro Ahmet Rüstem Ekici və Hakan Sorarın süni intellekt dəstəkli işi ilə hazırlanıb.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Böyük Britaniya hərbi əlaqələrin bərpası üçün ilk addımı atmalıdır

Aynur Camal

Araşdırma: Süni intellekt nağıllardakı qadın personajları sildi

Aynur Camal

Əfqanıstanda qadınların yarısı evdən çıxa bilmir – BMT

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu