Mədəniyyət

Tatuirovka…

 

Indi dəbdir kişili, qadınlı, hamı tatuirovka elətdirir. Qonşum Nadirin qolları elə bil rəsm qalereyasıdır. Mən də həvəsə düşdüm kürəyimə tatuirovka elətdirdim, arvadım boynumda. İki göz istəyir tamaşa etsin. Sevincək gəldim evə. Arvadım tatunu görüb, kövrəldi.

– İndi bildim deyilənlər yalandır, ancaq məni sevirsən.

Bu vaxt qaynanam gəldi, kürəyimdəki tatuya baxdı:

– Bəs mənim şəklim hanı? Dedim, sizə yer olmadı.

– Pul lazım olanda mənim üstümə gəlirsiniz, şəkil çəkdirəndə mənə yer olmur?!

Nəalac qalıb qaynanamın şəkilni sinəmə tatu elətdirdim. Sinəmdə qaynanamın, kürəyimdə arvadımın tatuları gəzirəm özüm üçün evin içində. Çıxıram eyvana, özümü qonşulara göstərirəm. Hardansa anam xəbər tutub, gəldi bizə. Kürəyimdeki, sinəmdəki tatularla baxıb, o ki var məni danladı.

– Oğul anası mən, mənim oğlumun kürəyində arvadının, sinəsində qaynanasının şəkili. Od tutub yanmayasan neyləyəsən?! Anam bir ay üzümə baxmadı. Gegib anamın şəklini alnıma tatu elətdirdim. Altından yazdırdım- anam başımın tacıdır.

Sizdə məni bağışlayın, həftə bir dəfə canikin yanına gedirdim. Bu dəfə gedəndə canik tatuları görub, soruşdu:

– Mənim şəklim hanı?

– Sənin başın xarab olub? Arvadım deməz ki, bu kimdir?

– Deyərsən mələkdir, göydən enib. Mənim şəklimi tatu etdirməsən mənimki səninlə qurtardı!

Bədənimdə yer qalmayıb, mən canikin şəkilini hara tatu elətdirdim? Aha, tapdım, Canikin şəklini dilimə tatu elətdirdim. Arvadım gördü.

– Dayan-dayan, dilini çıxart baxım. Dilindəki kimin şəklidir?

– Dedim mələkdir, göydən enib. Yuxuda tatu elətdiriblər.

– Mələkdir, göydən enib? Ay sən dedim, mən də inandım. Bu bizim üstümüzdə olan Mələkdir. Qonşular deyirdilər, mən inanmırdım. Sənin dilini mələkqarşıq boğazından çıxartmaq mənə borc olsu.

Arvadım yığışıb getdi atasının evinə. Oturmuşam evdə tək tənha. Kürəyimdə arvadımın, sinəmdə qaynanamın, alnımda anamın, dilimdə xanımın tatuları. Bu tatular mənə çox baha başa gəldi. Məndən sizə nəsihət, heç vaxt arvadınızın şəklini tatu etməyin.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Xalq artisti vəfat etdi

Nigar Məmmədova

“Addım-addım Türkiyə” televiziya layihəsinin təqdimatı oldu

İntizar Əmirova

Abşeronun mədəniyyət işçiləri əsgərlərə konsert verdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu