Tayland donanması, Cənubi Koreya, Hanwha Ocean, hərbi freqat, 508 milyon dollar, müdafiə sənayesi, hərbi gəmi, Asiya xəbərləri
Dünya

Tayland Cənubi Koreyadan 508 milyon dollarlıq hərbi gəmi alacaq

Bugun.tv xəbər verir ki, Tayland Cənubi Koreyanın “Hanwha Ocean” şirkətini yeni freqatın hazırlanması üçün keçirilən 508 milyon dollarlıq layihənin qalibi seçib.

Anadolu Agentliyinin məlumatına görə, Tayland Kral Hərbi Dəniz Qüvvələrinin layihəsinin ümumi dəyəri 16,73 milyard bat, yəni təxminən 508 milyon dollar təşkil edir. Müqaviləyə əsas gəmi ilə yanaşı müxtəlif sistemlər, avadanlıqlar, ehtiyat hissələri, təlim və texniki dəstək də daxildir.

Şirkətin seçilməsi Taylandın hərbi-dəniz imkanlarını gücləndirmək planının bir hissəsidir. Hanwha Ocean Cənubi Koreyanın iri gəmiqayırma və dəniz mühəndisliyi şirkətlərindən biridir.

Tayland Kral Donanmasının layihə komitəsinə rəhbərlik edən admiral Koravit Çayarati şirkətin digər namizədlər arasında ən yaxşı təklifi verdiyini açıqlayıb. Baş nazir Anutin Çarnvirakun da seçim nəticələrinin yekunlaşdırılmasını təsdiqləyib.

Rəsmi seçim nəticələrinin sentyabrın 18-də elan ediləcəyi bildirilib. Bu tarixə qədər digər iştirakçıların etiraz verməsi üçün müddət nəzərdə tutulub.

Layihə Cənub-Şərqi Asiyada müdafiə sənayesi üzrə Cənubi Koreya ilə əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu