Tbilisinin mərkəzindəki İsani rayonu ərazisindən keçən təbii qaz xəttində partlayış baş verib. Nəticədə 12 mindən çox abonent qazsız qalıb.
Bugun.tv xəbər verir ki, qəza yanvarın 8-də gecə saatlarında baş verib. “Tbilisi Enerji” qazpaylayıcı şirkətindən bildirilib ki, partlayış nəticəsində yanğın olmayıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib.
Şirkətdən verilən məlumata görə, təmir-bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaq.
