17 C
Baku
29 İyun 2025, 9:06
Baş xəbər

Tehrandakı səfirliyimizə hücum edənə ölüm hökmü oxundu

Həftəlik mətbuat konfransında danışan İran Ədliyyəsinin sözçüsü Əsgər Cihangir hücumu törədən Yasin Hüseynzadəyə verilən edam hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini açıqlayıb və “Qurbanların ailələrinin razılığı ilə hücumçuya verilən edam cəzası veriləcək”.

Xatırladaq ki, Yasin Hüseynzadə adlı şübhəli şəxs Azərbaycanın İrandakı Tehrandakı səfirliyinə hücum etmişdi.

Şübhəliyə verilən ölüm cəzası təsdiq edilib.

İran Ədliyyəsinin sözçüsü Əsgər Cihangir paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumun məhkəmə prosesi ilə bağlı məlumat verib.

Cihangir Azərbaycan səfirliyinə basqın edən Yasin Hüseynzadə adlı şəxsə verilən edam hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini açıqlayıb.

Cihangir: “Qərar icra olunmaq üçün Cinayət Məhkəməsinə göndərilib. Qurbanların ailələrinin razılığı ilə hücum edənə edam cəzası veriləcək”.

İranda 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə Yasin Hüseynzadə adlı şəxs tərəfindən silahlı basqın edilib.

Hücum nəticəsində səfirliyin mühafizə müdiri Orxan Əsgərov həlak olub, hücumun qarşısını almağa çalışan 2 mühafizəçi yaralanıb.

Tehran polis rəisi Hüseyn Rəhimi Azərbaycan səfirliyinə hücumla bağlı verdiyi açıqlamada hücumçunun hadisədən sonra yaxalandığını və ilk ifadəsində hücumu şəxsi səbəblərdən törətdiyini bildirib.

Hücumdan sonra, 30 yanvar 2023-cü ildə Azərbaycan Tehran səfirliyinin fəaliyyətini dayandırıb və bütün əməkdaşlarını Azərbaycanın paytaxtı Bakıya geri çağırıb.

2024-cü ilin iyul ayında Azərbaycanın Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlayıb.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Bakıda Azərbaycan və Almaniya XİN başçılarının geniş tərkibdə görüşü keçirildi

İntizar Əmirova

Tanınmış yazara vəzifə verildi

Kəmalə Sultan

Ov tüfəngi və 12 ədəd patron gizlədən şəxs saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu