28 C
Baku
19 İyul 2024, 21:44
Baş xəbərSosial Media

Telejurnalistə vəzifə verildi

Bugun.tv xəbər verir ki, Media Tədris Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinə yeni təyinat olub. Bugündən etibarən telejurnalist Samirə Novruzova mərkəzdə mətbuat katibi vəzifəsini icra edəcək.

Media tədris mərkəzinə yeni təyinat
Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova Bugun.tv-yə müsahibə verib

O, Bugün tv-yə müsahibəsində Media Tədris Mərkəzinin fəaliyyətindən danışıb. Samirə Novruzovanın sözlərinə görə, Media Tədris Mərkəzində televiziyanı əhatə edən bütün peşələr üzrə təlimlər təşkil olunur. Dərsləri ölkədə fəaliyyət göstərən universitetlərin jurnalisitka fakültələrinin müəllimləri, tanınmış televiziyaçılar keçir. Media qurumlarının rəhbərləri, peşəkar reportyorlar öz təcrübələrini tələbələrlə bölüşürlər.

“Media Tədris Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva tələbələrə müasir televiziyanın sirlərini öyrədir. Onları nəzəri biliklərlə yanaşı, praktikalara cəlb edir. Bundan başqa mərkəzdə, düzgün danışıq, tələffüz, diksiya təlimləri də təşkil olunur. Media Tədris Mərkəzi rejissor, operator, montaj, fotoqraf, videoqraf peşələrində çalışmaq istəyənləri də unutmayıb. Burada həmin peşələr üzrə də 4-6 aylıq kurslar keçilir”, – deyə, S.Novruzova vurğulayıb.

Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova Bugun.tv-yə müsahibə verib
Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova

Bunlarla yanaşı Media Tədris Mərkəzində SMM və Rəqəmsal medianı öyrənmək üçün peşəkar mütəxəssislərin təlimlərinə də qatılmaq mümkündür.

Arzu edənlər mərkəzlə əlaqə saxlayıb (0556401207), qeydiyyatdan keçə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlandı

Kəmalə Sultan

Rişi Sunak Kiyevə səfər edəcək

İntizar Əmirova

Cüdo üzrə Qran-Pri turniri yekunlaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu