6 C
Baku
21 Dekabr 2025, 6:37
Digər

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyinat alıb.

Bugun.tv Musavat.com-a istinadla xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri təyin olunub..Günel Gözəlova daha əvvəllər Azərbaycan Dövlət Televiziyasının “Səhər-İnformasiya deparamenti”ndə aparıcı-redaktor, “Lider TV və Azərbaycan Radiosu” MMC-də reportyor, aparıcı, “Gənclər” redaksiyasının Baş redaktoru, “Lider xəbər” Departamentinin rəis müavini , Ana xəbərin aparıcısı- müdiri, Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, ardınca isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirib. Sonralar o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda media və təhsil sahəsi üzrə vitse-prezident, MTV Azərbaycan televiziya kanalının baş redaktoru vəzifələrdində işləyib. G.Gözəlovanın sonuncu iş yeri Baku TV olub.

Bugün TV

Oxşar xəbərlər

İtaliyanın “F-35”ləri Rusiya təyyarələrinin kəşfiyyat uçuşlarına mane oldu

Bugün TV

Aşık Veysəlin robotu konsert verdi

Teymur Əziz

M.Orucova: “Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu