Digər

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi region üçün xüsusi əhəmiyyət kəsb edir

Bugun.tv xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycanla sərhədə uzanan dəmir yolu arteriyası Zəngəzur dəhlizinin – bütün region üçün xüsusi əhəmiyyət kəsb edən təşəbbüsün mühüm həlqəsinə çevriləcək. “Orta Dəhliz sayəsində Avropa ilə Asiya arasında malların çatdırılma müddəti əhəmiyyətli dərəcədə azalacaq. Yəni, dənizlə daşınma ilə müqayisədə dəmir yolu ilə daşınmaya daha çox tələbat olacaq”, – deyə Uraloğlu Şərqi Anadoluda 224 kilometrlik dəmir yolunun tikintisi ilə bağlı xərclərin özünü doğruldacağına əminliyini ifadə edib.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu