Baş xəbərHadisə

Terror əməliyyatı: 12 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, İstanbul və Tuncelidə terror təşkilatı DHKP/C-yə qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb. İstanbul Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları DHKP/C terror təşkilatının fəaliyyətlərinin deşifrə edilməsi üçün işlərini davam etdirir.

TRT Haber-in məlumatına görə, bu çərçivədə qruplar 17 şübhəlinin terror təşkilatı DHKP/C ilə əlaqəsi olduğunu müəyyən edib. Şübhəlilərin ünvan və şəxsiyyət məlumatlarını təyin edən polis İstanbul və Tuncelidə eyni vaxtda keçirdiyi əməliyyatla 12 şübhəlini saxlayıb.

Ünvanlarda aparılan axtarışlar zamanı 2 ədəd sənədsiz silah, 1 ədəd boş tapança və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

Atlantik okeanında sərnişin gəmisində virus şübhəsi: 3 nəfər öldü

Aynur Camal

Vüqar Bayramovdan açıqlama: Azərbaycan–Ermənistan iqtisadi əlaqələri sülh prosesini gücləndirir

Aynur Camal

Cənubi Qafqaz sülh sazişi ilə yeni mərhələyə keçir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu