DünyaHadisə

Terror aktı nəticəsində 2 əsgər həlak oldu

Bugun.tv xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində terror aktı baş verib. Belə ki, təhlükəsizlik qüvvələrinin maşınına bomba qoyulub. Nəticədə 2 əsgər şəhid olub, 4-ü isə, yaralanıb.

Təhlükəsizlik qüvvələri hücum edənlərə qarşı əməliyyata başlayıb.

Hələlik faktla bağlı heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Qarşı tərəf isə, bu iddiaları rədd edir.

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı terror  nəticəsində əksəriyyəti polis olmaqla, 102 nəfər ölüb.

Eynən, martın 6-da Bəlucistanda intiharçı hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu