Bugun.tv xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində terror aktı baş verib. Belə ki, təhlükəsizlik qüvvələrinin maşınına bomba qoyulub. Nəticədə 2 əsgər şəhid olub, 4-ü isə, yaralanıb.
Təhlükəsizlik qüvvələri hücum edənlərə qarşı əməliyyata başlayıb.
Hələlik faktla bağlı heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Qarşı tərəf isə, bu iddiaları rədd edir.
Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı terror nəticəsində əksəriyyəti polis olmaqla, 102 nəfər ölüb.
Eynən, martın 6-da Bəlucistanda intiharçı hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.
Mənbə: TRT haber