1 C
Baku
10 Fevral 2026, 22:28
DünyaHadisə

Terror aktında 9 nəfər öldü

Bugun.tv xəbər verir ki, hadisə Malidə yaşanıb. Ölkənin mərkəzi hissəsindəki Mopti bölgəsində törədilən 3 hücumda ən azı 9 nəfər ölüb. 60 nəfərin isə, yaralandığı deyilir.
Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Sevare şəhərində, Birləşmiş Millətlər TəşkilatınınMali ordusunun hərbi bazalarının yerləşdiyi əraziyə yaxın bölgədə 3 bomba yüklü maşına basqın  edilib.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb. Ancaq bunu Əl-Qaidə terror təşkilatına bağlı qruplaşmanın törətdiyi təxmin edilir.

Qeyd edək ki, Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədə terror aktları davam edir.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

OPEC+ neft hasilatını sabit saxlayaraq qiymət balansını qoruyur

Aynur Camal

Qüvvətli qar səbəbindən 46 nəfər həyatını itirdi

Aynur Camal

Pakistanın paytaxtında məscidə hücum: ölənlərin sayı 38-ə yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu