DünyaHadisə

Terror aktında 9 nəfər öldü

Bugun.tv xəbər verir ki, hadisə Malidə yaşanıb. Ölkənin mərkəzi hissəsindəki Mopti bölgəsində törədilən 3 hücumda ən azı 9 nəfər ölüb. 60 nəfərin isə, yaralandığı deyilir.
Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, Sevare şəhərində, Birləşmiş Millətlər Təşkilatının və Mali ordusunun hərbi bazalarının yerləşdiyi əraziyə yaxın bölgədə 3 bomba yüklü maşına basqın  edilib.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb. Ancaq bunu Əl-Qaidə terror təşkilatına bağlı qruplaşmanın törətdiyi təxmin edilir.

Qeyd edək ki, Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədə terror aktları davam edir.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Ukrayna Krım körpüsünü vurduğunu bildirib: hərəkət müvəqqəti məhdudlaşdırılıb

Aynur Camal

45 gündür axtarılan qoyun atın köməyi ilə xilas edildi

Aynur Camal

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür: UNESCO Samoadan olan təşkilatı mükafatlandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu