Bugun.tv xəbər verir ki, Muşda terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda əldəqayırma partlayıcı, sursat və partlayıcıların hazırlanmasında istifadə edilən mexanizm ələ keçirilib.
“TRT Haber“in məlumatına görə, Valilikdən verilən açıqlamaya görə, noyabrın 6-da İl Jandarma Komandanlığı tərəfindən Şenyayla bölgəsində əməliyyat keçirilib.
“Şəhid Jandarma Astsubay Baş Çavuş Kadir Çelik 2023-114” adlı əməliyyatda torpağa basdırılmış 4 ədəd 18 kiloqram yağ qutusunda 100 kiloqram əl istehsalı partlayıcı, 155 millimetr diametrli haubitsa sursatları və partlayıcı maddələrin hazırlanmasında istifadə edilən mexanizm ələ keçirilib.