11 C
Baku
21 Aprel 2025, 2:47
Baş xəbərTexnologiya

Tesla 3878 Cybertruck modelini geri çağırdı

Tesla 3878 Cybertruck modelini geri çağırmaq qərarına gəlib. Səbəb sürət pedallarında yaranan problemdir.

Qeyd edək ki, polad dizaynı sayəsində böyük marağa səbəb olan avtomobilin satışına bu il başlanılıb. Teslanın yeni elektrikli avtomobil modeli Cybertruck xüsusilə qeyri-adi dizaynı ilə diqqət çəkib. Çatdırılmalar başlayandan qısa müddət sonra Cybertruck haqqında istifadəçi məlumatları daxil olub.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, ABŞ-da Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi Cybertruck modellərində qaz pedalı problemi səbəbindən avtomobillərin geri çağırılmasını istəyib.

Həm sürət, həm də əyləc sıxma anında gecikmə olduğundan bu qəza riskini artırır.

ABŞ-da yerləşən avtomobil istehsalçısı yeni aşkar edilən problemlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Teymur Əziz

Oxşar xəbərlər

İsveçrənin xarici işlər naziri “İsraili dəstəkləyən rəftarına” etiraz etdi

Aynur Camal

Özbəkistan arxivində Şah İsmayıl Xətayinin divanı aşkarlanıb

Aynur Camal

“İsrail UNIFIL-ə hücum edərək beynəlxalq hüququ açıq şəkildə pozdu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu