Juan Atkins, texno musiqisi, elektron musiqi, Detroit, Cybotron, Belleville Three, musiqi dünyası, musiqi xəbərləri
Mədəniyyət

Texno musiqisinin yaradıcılarından biri Juan Atkins 64 yaşında vəfat etdi

Elektron musiqinin və texno janrının formalaşmasında mühüm rol oynayan amerikalı musiqiçi Juan Atkins 64 yaşında vəfat edib.

Bugun.Tv xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Musiqiçinin ölüm xəbərini onun konsert fəaliyyətini təşkil edən agentlik təsdiqləyib.

Atkins 1980-ci illərdə ABŞ-ın Detroit şəhərində dostları ilə birlikdə texno musiqisinin əsasını qoyan sənətçilərdən biri hesab olunur. O, 1981-ci ildə Richard Davis ilə birlikdə “Cybotron” musiqi layihəsini yaradıb. İkilinin 1983-cü ildə yayımladığı “Clear” kompozisiyası elektron musiqinin inkişafında diqqətçəkən nümunələrdən biri olub.

Atkins Kevin Saunderson və Derrick May ilə birlikdə “Belleville Three” adı ilə tanınıb. Bu üçlük Detroit texnosunun beynəlxalq musiqi səhnəsində tanınmasına böyük töhfə verib.

Musiqiçinin yaradıcılığı sonrakı nəsil elektron musiqi ifaçılarına təsir göstərib. Onun ölüm xəbərindən sonra bir sıra tanınmış musiqiçilər sosial şəbəkələrdə paylaşım edərək sənətçini yad ediblər. Onun əməkdaşı Kevin Saunderson da Atkinsin texno musiqisinin inkişafındakı rolunu xüsusi vurğulayıb.

Mənbə: NBC News

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın zəngin ədəbi irsi Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Aynur Camal

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu