17 C
Baku
10 İyun 2025, 5:11
Baş xəbər

Tezliklə BTV kanalı yayıma başlayacaq

Bugun.tv xəbər verir ki, tezliklə BTV – adlı yeni televiziya kanalı fəaliyyət göstərəcək.

Bu barədə məlumatı yeni televiziyanın qurucusu və rəhbəri Sahil İmanov bizə müsahibəsində deyib. O, televiziya kanalının yaranmasından danışarkən bildirib ki, Azərbaycanda innovativ və yenilikçi bir televiziya kanalı təəssüflər olsun ki, yox dərəcəsindədir.

“Demək olar ki, xəbər kanalı azlığı var. Ümumiyyətlə azərbaycanda xəbər sahəsində bir boşluq var. Biz istəyirik ki, bu sahədə azərbaycan ictimaiyyətinin və azərbaycanla bağlı xəbərləri dünya ictimaiyyətinin diqqətinə tez və operativ şəkildə çatdıraq. Bu səbəbdən də BTV -kanalını açmaq istədik. BTV-nin açıqlaması bərabər televiziyasıdır. Bərabərliyi, ondan sonra hər kəsin eşitliyini biz burda vurğulayırıq. Bütün hüquqların eşitliyini, insan hüquqlarının tamamının eşit olmasını,  bərabər olmasını kanalımızın ismi ilə  biz burda vurğulayırıq.

Kanalımızın yaranmasına nədən ilhamlandıq? Əslində biz ilk dəfə deyil televiziya kanalı açırıq və televiziya kanalı kimi fəaliyyət göstəririk. Biz daha öncə də xaricdə Türkiyədə də televiziya kanalları açdıq, orda televiziya kanalı işlə məşğul olduq. Bizim dörd dildə türk, azərbaycan, rus və ingilis dilində yayımlarımız olacaq. Ümid edirik ki, biz azərbaycan reallığını azərbaycanda baş verəcək hadisələri və azərbaycanın dünyaya çatdırmaq  istədiyi mesajları bizim sayəmizdə, yəni istədiyimiz ictimaiyyətə, dünya ictimaiyyətində nəzərinə çatdıra biləcəyik. Televiziyamızda çox peşəkar jurnalist komandası fəaliyyət göstərəcək. Hal-hazırda televiziyamızda son tamamlanma işləri həyata keçirilir və onu da nəzərinizə çatdırım ki, biz bir xəbər kanalı olaraq xəbərləri sadəcə bir dəqiqəlik süjetdə filan yerdə flan hadisə baş verdi şəklində verməyəcəyik. Biz o hadisənin baş vermə qaynağından baş vermə səbəbinə və nə olsaydı bu hadisə olmazdı və bütün hər şeyi təhlil şəklində çardırmaq istəyirik. Yəni bizdə saat başı bir xəbər proqramı olmayacaq. Bütün xəbərlər üçün gün ərzində 5-10 mövzu və ya  15 mövzu işləyəcəyik və bu 15 mövzu hər biri bir sənədli film olaraq ekranlaşdırılacaq”.

Biz də Bugün.Tv saytı olaraq yolunuzda uğurlar arzulayırıq və BTV- televiziyanızın uzun ömürlü olmasını diləyirik.

Aynur Camal

Oxşar xəbərlər

Cəlilabad rayonunda dəhşətli qətl

Kəmalə Sultan

Elnarə Akimova aztəminatlı ailələri ziyarət edib- FOTO

Aynur Camal

Roma Papası Yaxın Şərqdə münaqişənin nizamlanması üzrə xüsusi elçi təyin etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu