25 C
Baku
27 İyul 2024, 4:58
Dünya

TikTok ABŞ-ı məhkəməyə verir – “Bizə qadağa qoya bilməzsiniz”

TikTok, tətbiqi qadağan edən qanuna qarşı ABŞ-ı məhkəməyə verəcək. Şirkət hökumətin qəbul etdiyi qərarın 170 milyon amerikalı istifadəçinin ifadə azadlığına müdaxilə olduğunu bildirib.

Keçmiş prezident Donald Trampın dövrü də daxil olmaqla, oxşar qadağa cəhdlərinin məhkəmə tərəfindən rədd edildiyini xatırladan TikTok, ABŞ-ın narahatlığını aradan qaldırmaq üçün indiyədək 2 milyard dollardan çox vəsait xərclədiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ Çinin ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok-la bağlı qanun layihəsini təsdiqləyib. Proqram Çin şirkəti tərəfindən satılmazsa, ABŞ-da qadağan olunacaq. ByteDance-ə bunun üçün 12 ay vaxt verilib.

Qeyd edək ki, ötən ay Avropa Komissiyasının sədri Ursula von der Leyen də bu şəbəkənin təhlükəli olduğunu və qadağası haqqında düşündüklərini vurğulayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Ermənistan Azərbaycan ilə münaqişədə tək qalıb”

Aynur Camal

Kim soğan və sarımsaq yeməməlidir: dietoloq

Aynur Camal

“Danışıqlar davamlı sülhə nail olmağa yönəlməlidir”

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu