6 C
Baku
21 Dekabr 2025, 6:32
Digər

“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər

Bugun.tv “Sky News”a istinadla xəbər verir ki, şirkət problemli məzmunları dəyərləndirmək üçün süni intellektdən istifadə etməyə başlayıb və bu proses xüsusilə etimad və təhlükəsizlik bölməsində çalışan moderatorların işlərini risk altına salır. Şirkət qlobal restrukturizasiya apardığını və əməliyyatları daha az sayda mərkəzdə cəmləşdirdiyini bildirib. Həmkarlar ittifaqları bu addımı kəskin tənqid edərək, bunun Böyük Britaniyada milyonlarla “TikTok” istifadəçisinin təhlükəsizliyini riskə atacağını bəyan ediblər. Məlumata görə, hazırda platformadan qaydaları pozduğuna görə silinən videoların 85 faizdən çoxu avtomatlaşdırılmış alətlər tərəfindən aşkarlanır. Bundan əlavə, problemli məzmunun 99 faizi istifadəçilər tərəfindən şikayət olunmazdan əvvəl platforma tərəfindən proaktiv şəkildə silinir. “TikTok” rəhbərliyi isə iddia edir ki, süni intellekt sistemi moderatorların psixoloji gərginliyini azaldır. Belə ki, əməkdaşların izlədiyi qrafik və zorakı videoların sayı texnologiyanın tətbiqindən sonra 60 faiz azalıb. Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada qüvvəyə minən “Onlayn təhlükəsizlik aktı”na görə, sosial şəbəkələr zərərli məzmunun yayılmasının qarşısını ala bilmədikləri halda böyük məbləğdə cərimələrlə üzləşə bilərlər.

Bugün TV

Oxşar xəbərlər

Şəqr-Qərb magistralının Gürcüstandan keçən Surami dolama yolu istifadəyə verildi

Bugün TV

Gündə 15 dəqiqə ərzində qarın piylərindən qurtulmağın bir yolu adlandırıldı

Aynur Camal

Qanunsuz saxlanılan odlu silahlar təhvil verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu