Image default
Baş xəbərTexnologiya

Tim Kuk 33 milyon dollar dəyərində Apple səhmlərini satıb

Bugun.tv xəbər verir ki, Apple-ın baş direktoru Tim Kuk 33 milyon dollar dəyərində səhmlərinin bir hissəsini satıb.

Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə, Tim Kukun müəyyən şərtlər yerinə yetirildikdə avtomatik satışa çıxarılan səhmləri var. Lakin bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.

Keçən il Tim Kuk Apple-in uğurlu nəticəsinə görə 63,2 milyon dollar bonus qazanıb. Bu bonusun 3 milyon dolları əmək haqqı, 47 milyonu səhmlər üçün, 10,7 milyon dolları isə performans yönümlü olub.

Bunun nəticəsi olaraq əhəmiyyətli miqdarda Apple səhmlərini qazanan Kuk onların bir qismini xaric edib. Buna baxmayaraq, Kukun təxminən 3,3 milyon daha çox səhmə sahib olduğu bildirilir.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Rubin Rəsədxanası kainatı 10 il ərzində fasiləsiz müşahidə edəcək

Aynur Camal

Yeni elmi ekspedisiyaya: Buzlaqların əriməsinin iqlimə təsiri araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu