Dünya

“Titanik”in ən zəngin sərnişininin qızıl saatı hərraca çıxarıldı

Aysberqə çırpılaraq batmış və 1500 nəfərin ölümünə səbəb olan RMS Titanic gəmisinin ən zəngin sərnişininin taxdığı qızıl saat hərracda satılacaq. Saatın 125 min ilə 188 min dollar arasında qiymət alması gözlənilir. Titanik gəmisinin ən varlı adamı Con Ceykob Astorun taxdığı qızıl saat, qəzaya uğramış gəmidən çıxarılan xatirə əşyalarının hərracına çıxarılacaq.

Astor, 15 aprel 1912-ci ildə Titanik aysberqə çarpdıqdan sonra batarkən ölən təxminən 1500 nəfərdən biri idi. Onun hamilə həyat yoldaşı Madlen qəzadan sağ çıxa bilib.

Astor RMS Titanic-in ən zəngin sərnişini idi. O vaxt onun sərvətinə görə dünyanın ən varlı adamları arasında olduğu düşünülürdü. Həmin vaxt onun sərvəti təxminən 87 milyon dollar idi.

Qızıl saat İngiltərədəki “Henry Aldridge & Son” hərrac evində satışa çıxarılan bir çox mühüm parçalardan biridir.

Hərrac evinin baş meneceri Endryu Aldricin sözlərinə görə, saatın qiyməti 125-188 min dollar arasında ola bilər.

John Jacob Astorun qol düymələri və gəminin birinci dərəcəli sərnişin yerləşdirmə planı da hərracda satışa çıxarılacaq.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Polşa heç bir qaçqını qəbul etməyəcək və heç bir pul ödəməyəcək

Aynur Camal

Türkiyəli gənc və ailəsinə ölüm təhdidləri gəldi

Kəmalə Sultan

Terror təşkilatlarına qarşı əməliyyatda 21 nəfər saxlanıldı

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu