Maraqlı faktlar

Toksik insanı ilk yazışmalardan tanımaq mümkündür

Bugun.tv –xəbər verir ki, tanışlıq tətbiqlərində ilk baxışda yaranan qarşılıqlı simpatiya həmişə rahat ünsiyyət demək olmur. Mütəxəssislər bildirirlər ki, insanın davranışındakı bəzi narahatedici əlamətlər hələ ilk mesajlardan görünə bilər.

Mamba platformasının PR direktoru Natalya Krasilnikova qeyd edib ki, ilk yazışmalar qarşı tərəfin başqasının vaxtına və şəxsi sərhədlərinə necə yanaşdığını tez üzə çıxarır.

Onun sözlərinə görə, əsas xəbərdaredici əlamətlərdən biri həddindən artıq diqqət tələb etməkdir. Belə hallarda qarşı tərəf ardıcıl mesajlar göndərir, cavab gecikəndə narazılıq göstərir, “məni görməzdən gəlirsən” kimi ifadələrlə günahkarlıq hissi yaratmağa çalışır.

Digər diqqət çəkən məqam isə söhbətin qəfil intim mövzuya yönəldilməsidir. Flört qarşılıqlı rahatlıq olduqda normal sayılsa da, insan ilk yazışmalarda zahiri görünüşlə bağlı israrlı şərhlər edir, açıq söhbətlərə məcbur edir və mövzunu dəyişmək cəhdlərinə məhəl qoymursa, bu, şəxsi sərhədlərin pozulması hesab olunur.

Mütəxəssis vurğulayıb ki, qarşı tərəf kobud davranır, sərhədləri aşır və imtinadan sonra da yazmağa davam edirsə, mübahisəyə girmək əvəzinə profili bloklamaq və şikayət göndərmək daha düzgün addımdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Ustalar görsə təəccüblənər: 3D printerlə ev tikdilər – nəticə diqqət çəkdi

Aynur Camal

İyrənc görünsə də faydalı hesab olunan 9 içki açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu