Dünya

Tonlarla çəkisi olan reklam lövhəsi uçub: Çoxlu ölü və yaralı var

Hindistanın Mumbay şəhərində toz fırtınası fəlakət gətirib. Fırtınanın təsirinə məruz qalan reklam lövhəsinin altına düşərək çoxlu sayda insan ölüb və yaralanıb.

Hindistanın NDTV kanalının məlumatına görə, fırtına səbəbindən Mumbayın Ghatkopar rayonunda yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi aşıb.

Milli Fəlakətlərə Müdaxilə Qüvvələri (NDRF) dağıntılar altında qaldığı təxmin edilən 20 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Maharaştra əyalətinin baş naziri Eknath Shinde verdiyi açıqlamada hadisədə həlak olanların ailələrinə maddi yardım ediləcəyini açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Həmçinin toz fırtınasının təsiri altında olan Mumbayda uçuşlar dayandırılıb, görmə qabiliyyətinin aşağı olması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Səhər yeməyini bir fincan qəhvə və ya çayla əvəz etmək olarmı?

Aynur Camal

Braziliyada qurbağaların yoxa çıxmasının 50 illik sirrinə mümkün izah tapılıb

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu