DünyaHadisə

Toqquşmalarda 60 nəfər öldü, 50 min nəfər qaçqın düşdü

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Cənubi Darfur əyalətinin Nyala şəhərində ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 60 nəfərin öldüyünü, təxminən 50 min insanın isə didərgin düşdüyünü açıqlayıb.

Qeyd edək ki, OCHA-nın verdiyi açıqlamada 11-17 avqust tarixlərində Sudan Silahlı Qüvvələri ilə HDK arasında qarşıdurmaların yenidən Nyalada alovlandığı və bu vəziyyətin mülki əhaliyə mənfi təsir göstərdiyi bildirilib.

Nyalanın müxtəlif məhəllələrində baş verən qarşıdurmalar səbəbindən təxminən 50 min insanın evlərini tərk etdiyi, ən azı 60 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu