29 C
Baku
7 Sentyabr 2025, 17:36
Baş xəbərHadisə

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatdı

Bugun.tv xəbər verir ki, Hindistanın qərbindəki Maharaştra ştatında güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib. Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib. Fadnavis səlahiyyətlilərin xilas edilən yaralılar üçün bölgəyə tibbi qruplar göndərdiyini bildirib. Kənddəki 50 təsərrüfatdan 17-nin sürüşmə nəticəsində dağıldığı qeydə alınıb. Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanıldı

Nigar Məmmədova

“Sülhdən başqa yol mövcud deyil”

Aynur Camal

Qazıntı maşını dayanmış avtomobillərin üzərinə aşdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu