Baş xəbərHadisə

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatdı

Bugun.tv xəbər verir ki, Hindistanın qərbindəki Maharaştra ştatında güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib. Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib. Fadnavis səlahiyyətlilərin xilas edilən yaralılar üçün bölgəyə tibbi qruplar göndərdiyini bildirib. Kənddəki 50 təsərrüfatdan 17-nin sürüşmə nəticəsində dağıldığı qeydə alınıb. Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirildi

Aynur Camal

Məktəb şagirdlərinin etirazları genişlənir

Aynur Camal

Hollandiyada miqrasiya əleyhdarları polislə toqquşdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu